"İstənilən halda, hətta hər hansı insanın səhvi ucbatından yaranan münaqişədə qanı-qanımdan, dili -dilimdən olanın yanında durmağım vicdan borcumdur. Hər kəsin düşüncəsinə hörmətlə yanaşıram".
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə millət vəkili Adil Əliyev çıxış edib.
Qeyd edək ki, noyabrın 24-də Türkiyə Rusiyaya məxsus qırıcını vurub. Azərbaycanda bəzi şəxslərin "Türkiyə Rusiyadan üzr istəməlidir" deməsi narazılıqla qarşılanıb.