BAKI, 10 yanvar. TELEQRAF

Azərbaycanda dələduzluğa görə axtarışda olan şəxslərin saxlanılması üçün tədbirlər görülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının yanvarın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.