BAKI, 29 sentyabr. TELEQRAF

“American Airlines” şirkətinin əməkdaşları şassi bölməsində gizlənən biletsiz sərnişinin cəsədini aşkar ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.

Bildirilir ki, təyyarə Avropadan Şarlott şəhərinin beynəlxalq hava limanına gəlib. Cəsədi təyyarəyə texniki xidmət göstərən işçilər tapıblar. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları şəxsin ölümünü təsdiqləyiblər.