BAKI, 14 sentyabr. TELEQRAF

Bakının Binəqədi rayonunda yerləşən dönərxanada yanğın zamanı xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu gün səhər saatlarında “Ləziz” dönər evində güclü yanğın baş verib.

Hadisə zamanı obyektin işçisi 2002-ci il təvəllüdlü Umudlu Nihad Teymur oğlu ağır bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

1981-ci il təvəllüdlü Məmmədova Şəlalə Maarif qızı və 1993-cü il təvəllüdlü Həsənova Səbinə Mahir qızı müxtəlif bədən xəsarətləri aldığına görə, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta ağır kimi qiymətləndirilir.

***

10:38

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektin mansardasında 30 m² sahədə əşyalar yanıb. Yanğın zamanı yağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.