BAKI, 12 sentyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə güclü külək səbəbindən paytaxtın Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən üçmərtəbəli binanın dam örtüyündə dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlqədar dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə dəmir parçası götürülərək yaranmış təhlükə aradan qaldırılıb.