BAKI, 12 sentyabr. TELEQRAF
Bakının Suraxanı rayonunda iki mərtəbəli evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, ümumi sahəsi 210 m² olan ikimərtəbəli, 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb.
Yüksək temperaturdan mətbəxin plastikdən ibarət qapı-pəncərə çərçivəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.