BAKI, 18 avqust. TELEQRAF

Avqustun 18-də Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf-a məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub.

S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.