AĞSTAFA, 18 avqust. TELEQRAF

Ağstafa rayonunda "Mercedes" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək yol qəzasına səbəb olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.

Yük avtomobili dəmir məhəccərləri sındırıb və yol kənarına çıxıb.

Hadisə nəticəsində sürücü Akif Qəhrəmanov xəsarət alaraq yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.