BAKI, 13 avqust. TELEQRAF
Abşeron rayonunda talama cinayəti qeydə alınıb.
DİN-in Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, naməlum şəxslər Xırdalan şəhərində marketlərin birindən 544 manat oğurlayıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı İ.Qədirov və 42 yaşlı E.Axundov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.