AĞDƏRƏ, 12 avqust. TELEQRAF
Ağdərədə növbəti dəfə yanğın başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Ortakənd kəndində baş verib.
Quru ot və kol-kosda baş verən yanğının alovu genişlənərək dağlıq ərazidə yerləşən meşə massivində davam edir. Hadisə yerinə qurudan FHN-in Tərtər və Naftalan üzrə yanğınsöndürən əməkdaşları havadan aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə əməliyyatlarını davam etdirir.