BAKI, 10 avqust. TELEQRAF
Türkiyədə baş verən zəlzələ nəticəsində Balikesir bölgəsində bəzi yaşayış binalarının dağıldığı qeyd olunur.
Teleqraf xəbər verir ki, 4 nəfər dağıntılar altında qalıb. Onların xilas edilməsi üçün müvafiq addımlar atılır.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, zəlzələdən sonra maqnitudası 3 baldan yuxarı olan 7 afterşok qeydə alınıb.
***
21: 44
Yeraltı təkanlarla bağlı açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən dərhal sonra aidiyyəti bütün qurumların fəaliyyətə keçdiyini, zəruri addımlar atıldığını və bu fəaliyyətləri yaxından izlədiyini deyib.
Balıkesir’de meydana gelen ve bölge illerimizde de hissedilen depremden etkilenen tüm vatandaşlarımıza geçmiş olsun dileklerimi iletiyorum.…
— Recep Tayyip Erdoğan (@RTErdogan) August 10, 2025
İstanbul Valiliyinin verdiyi açıqlamada hazırda şəhərdə hər hansı mənfi halın qeydə alınmadığı, sahə yoxlamalarına başlanıldığı bildirilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Balıkesirdə baş verən zəlzələ ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, nazir bu barədə "X" hesabında yazıb.
"AFAD və digər aidiyyəti qurumlarımızın bütün komandaları dərhal əraziyə göndərilib və sahədə araşdırmalara başlayıblar. Hazırda hər hansı mənfi vəziyyət qeydə alınmayıb. Prosesi anbaan izləyirik”, - nazir qeyd edib.
Balıkesir Sındırgı'da 6️⃣.1️⃣ büyüklüğünde bir deprem meydana gelmiştir. İstanbul ve çevre illerden de hissedilen depremle ilgili olarak, AFAD ve ilgili kurumlarımızın tüm ekipleri derhal saha taramalarına başlamıştır. An itibarıyla herhangi olumsuz bir durum bulunmamaktadır. An be…
— Ali Yerlikaya (@AliYerlikaya) August 10, 2025
21:04
Türkiyənin İstanbul şəhərində 6,1 bal gücündə zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.
Zəlzələnin episentri Balikesir qəsəbəsində qeydə alınıb. Yeraltı təkanlar Mərmərə və Ege bölgələrində də hiss olunub.
İtkilər barədə məlumat verilmir.