BAKI, 9 avqust. TELEQRAF

Avqustun 8-də Qəbələ rayonunun Zarağan kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 1969-cu il təvəllüdlü Kazım Soltanov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 6 sot ərazidə məişət tullantıları və kol-kos yanıb.

K.Soltanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdiriləcək.