BAKI, 5 avqust. TELEQRAF

İsraildə Yərusəlim Bibliya zooparkının əməkdaşı qaçmış pələngin qurbanı olub.

Teleqraf xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Yırtıcılarla işləyən komandaya rəhbərlik edən 36 yaşlı Uriel Nuri ziyarətçilər üçün "pərdəarxası tur" zamanı ölümcül xəsarətlər alıb. Pələng qəfəsdən çıxmağı bacarıb və həmin anda onun üçün qidalı oyuncaqlar hazırlayan baxıcını parçalayıb.

Zərərçəkən Hadassa Tibb Mərkəzinin travmatologiya şöbəsinə çatdırılıb, lakin onu xilas etmək mümkün olmayıb.