BAKI, 3 avqust. TELEQRAF
Xaçmaz rayonunun meşə zolağında baş verən yanğın söndürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, Qımılqışlaq kəndində meşə zolağında yanğın olması barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 3 ha sahədə kol-kos yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***
20:05
Xaçmaz rayonunun meşə zolağında yanğın başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, "112" qaynar telefon xəttinə rayonun Qımılqışlaq kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.