BAKI, 27 iyul. TELEQRAF
Almaniyanın qərbində qatarın relsdən çıxması nəticəsində ölən və xəsarət alanlar var.
Teleqraf xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Qəza Baden-Vürtemberq torpağında, qatar meşəlik ərazidən keçərkən baş verib. Qatarda təxminən 100 nəfərin olduğu bildirilir. Onlardan azı 3 nəfəri xəsarət alıb.
Yanğınsöndürənlər və xilasedicilər relsdən çıxmış qatarda ilişib qalmış sərnişinləri xilas etməyə çalışırlar. Qəzanın səbəbi hələ məlum deyil. Versiyalardan biri kimi relslərin üzərində ağacların aşması göstərilir. Faktla bağlı istintaq başlanılıb.