BƏRDƏ, 9 iyul. TELEQRAF
Yuxarı Qarabağ kanalında meyiti aşkarlanan şəxsin kimliyi məlum olub.
Teleqrafın yerli bürosunun verdiyi xəbərə görə, ötən gecə yuxarı Qarabağ kanalında meyiti aşkarlanan şəxs, Yevlax rayon sakini 1985-ci il təvəllüdlü Abdulayev Səxavət Novruz oğludur.
Qeyd edək ki, S.Abdullayev bir müddət öncə itkin düşmüş kimi qeydə alınıb. Onun cəsədi ətrafdan keçən şəxslər tərəfindən aşkar edilərək hüquq - müdafizə orqanlarına məlumat verilib
***
00:56
Bərdədə kanalda tapılan meyit çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, Qarabağ suvarma kanalının Bərdə rayonunun Həsənqaya kəndi ərazisindən keçən hissəsində aşkar edilən kişi meyiti Fövqəladə Hallar Nazirliyinin Aran dalğıc axtarış qrupu tərəfindən sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma başlanıb, meytin kimliyi dəqiqləşdirilməsi üçün proseslər davam etdirilir.
***
8 iyul, 20.50
Bərdədə Yuxarı Qarabağ kanalından naməlum meyit tapılıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, meyit kanalın Həsənqaya kəndinin ərazisindən keçən hissəsində aşkar olunub.
Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin rayon üzrə müvfiq qurumlarının əməkdaşları və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Hazırda meytin kanaldan çıxarılması prosesi aparılır.
Faktla bağlı araşdırma başlanıb, meytin kimliyi araşdırılır.