BAKI, 27 iyun. TELEQRAF

Azərbaycanda dələduzluq etməkdə .übhəli bilinən şəxslərin tutulması üçün tədbirlər görülür.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının iyunun 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.