
GƏNCƏ, 20 iyun. TELEQRAF
Gəncədə maşın vuran və xəstəxanaya yerləşdirilən 14 yaşlı yeniyetmənin vəziyyəti stabildir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bu gün saat 15:00 radələrində 1 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2011-ci il təvəllüdlü şəxsə döş qəfəsinin, çanağın və aşağı ətrafların travmaları diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Şəbnəm Zahir
***
15:41
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
2011-ci il təvəllüdlü Turay Əliyev xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Vəziyyəti kafidir.