BAKI, 7 iyun. TELEQRAF
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı B.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.
Ondan ümumi çəkisi 3 kiloqramdan artıq olan heroin və marixuana aşkarlanıb.
Araşdırma aparılır.