BAKI, 6 iyun. TELEQRAF
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
İyunun 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 avtomat silahı, 2 tapança, 2 qumbara, 3 tüfəng, 1 patron darağı və 101 ədəd müxtəlif çaplı patron aşkar ediblər.