MİNGƏÇEVİR, 24 may. TELEQRAF

Mingəçevirdə avtomobil piyada qadını vurub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsində baş verib.

"VAZ 2106" markalı maşın yolu keçən 1981-ci il təvəllüdlü Abdullayeva Elnarə Seyfəddin qızını vurub.

Yaralı qadın xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.