BAKI, 24 may. TELEQRAF
Qazaxda avtomobilin qatarla toqquşması nəticəsində xəsarət alanlardan birinin müalicəsi Qazax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 22 may 2025-ci il tarixində saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib.
Vəziyyətləri qənaətbəxş olan 2 nəfər zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə mayın 22-də Bakı-Ələt-Qazax-Gürcüstan dəmir yolu xəttinin Çaylı kəndindən keçən hissəsində baş verib.
Fəridə
***
22.05.2025 / 18:32
Mayın 22-də saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-a TƏBİB-dən bildirilib.
"Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin müalicəsi xəstəxananın Cərrahiyyə və Təcili tibbi yardım şöbələrində davam etdirilir. Xəsarət alanlardan 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır ,1 nəfərin isə vəziyyəti stabil qiymətləndirilir", - məlumatda deyilir.
***
18:20
QAZAX, 22 may. TELEQRAF
Qazax rayonunda avtomobilin qatarla toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dəmir yolu xəttinin Çaylı kəndindən keçən hissəsində baş verib.
"Ford" markalı yük avtomobili naməlum səbəbdən dəmir yolu xəttinə çıxıb. Bu zaman hərəkətdə olan qatar yük maşınına çırpılıb.
Nəticədə avtomobilin sürücüsü ağır xəsarət alaraq dərhal xəstəxanaya yerləşdirilib.
Yaralının vəziyyətinin kritik olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.