BAKI, 9 may. TELEQRAF
Azərbaycanda dələduzluq etdiyi üçün axtarışda olan şəxslərin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının mayın 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.