​BAKI, 28 aprel. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin (DSX) həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Novruzov Rəhim Zeynal oğlu yaşadığı mənzildə intihar edib.

Bu barədə Teleqraf-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

İlkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.