BAKI, 25 aprel. TELEQRAF

Futbol üzrə İtaliya çempionatının 34-cü turunun “Atalanta” – “Leççe” matçı qonaq komandanın fizioterapevti Qratsiano Fioritanın ölümü ilə əlaqədar təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə “Leççe” klubu "X" sosial şəbəkəsində məlumat yayıb.

“La Gazzetta dello Sport”un məlumatına görə, 47 yaşlı Fiorita aprelin 24-də Kokkalyo şəhərindəki otel otağında ölü tapılıb. Mütəxəssisin “sarı-qırmızılar”la 20 ildən çox çalışdığı qeyd edilir.

Aprelin 25-də keçirilməsi planlaşdırılan görüşün 27-nə təxirə salınacağı gözlənilir.