BAKI, 20 aprel. TELEQRAF

İndoneziyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.

Qeyd olunur ki, yeraltı təkanların episentri Sorong şəhərindən 295 km cənubda yerləşib. Mənbə 34 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.