BAKI, 23 mart. TELEQRAF

Cənubi Afrikada "West Coast" Aviasiya Sərgisində reaktiv təyyarə səmada partlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Təyyarə Saldanha aerodromunda qəzaya uğrayıb. Nümayiş zamanı təyyarənin pilotu səmada bir neçə dönüş edib. Məlumata görə, pilot hadisə zamanı katapult etməyə vaxt tapmayıb və o ölüb.

Hava şousunu izləyənlər arasında heç kim xəsarət almayıb.