
BAKI, 22 mart. TELEQRAF
Nigerin Kokorou bölgəsindəki Fonbita kəndindəki məsciddə törədilən terror aktı nəticəsində azı 44 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mohamed Toumba dövlət televiziyasında çıxışında deyib.
Nazir Toumba hücumun İŞİD-ə bağlı təşkilatlar tərəfindən həyata keçirildiyini qeyd edib.
Digər tərəfdən, hökumət hücumla əlaqədar 72 saatlıq matəm elan edib.
Sahel bölgəsində yerləşən Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl Qaidə və İŞİD-ə bağlı qrupların hücumlarına məruz qalır.
Qeyd edək ki, Türkiyə Nigerdə törədilən terror aktını pisləyib.