
BAKI, 15 mart. TELEQRAF
Moskvanın mərkəzində minik avtomobili dayanacaqda avtobus gözləyən bir qrup insanın üzərinə çırpılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Teleqram" kanalında məlumat yayılıb.
Bildirilir ki, hadisə axşam saat 8 radələrində Kojevniçeskaya küçəsində baş verib. Orada iki avtomobil toqquşub və nəticədə onlardan biri avtobus dayanacağına çırpılıb.
İlkin məlumata görə, hadisə zamanı 5 nəfər xəsarət alıb.