BAKI, 14 Fevral. TELEQRAF

Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Nərimanov rayonu ərazisində naməlum şəxsin zor tətbiq etməklə 28 yaşlı qadının çantasını talaması barədə polisə məlumat daxil olub.

Nərimanov Rayın Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Ə.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.