BAKI, 14 Fevral. TELEQRAF

Bakının Nəsimi rayonunda dələduzluq faktı baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması və nəticədə ona 70000 manat maddi zərər vurulması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı S.Məmmədova müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.