Şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 18-də İmişli rayon sakini, 1965-ci il təvəllüdlü Rasim Şükürovun rayonun Oruclu kəndindən keçən transformatorun üzərindəki 10 kv-luq elektrik xəttini kəsərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.