Sumqayıtda kran fəhlənin üzərinə aşıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 76-cı məhəllə ərazisində yerləşən "Bağça şəhər" yaşayış kompleksində qeydə alınıb.
Nəticədə Abşeron rayon sakini, 1984-cü il təvəllüdlü Mahmudov Pərvin Kazmir oğlu xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.