Rumıniyanın Vranca seysmik zonasında 5,2 maqnitudalı zəlzələ olub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ Bolqarıstan, Moldova və Ukraynada hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bu, 2024-cü ildə Rumıniyada qeydə alınan ən güclü zəlzələdir.