And dağlarında 22 il öncə itkin düşən amerikalı alpinist Bil Stampflın cəsədi tapılıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Peru polisi meyiti qar uçqununun altından çıxarıb.

Bilin cəsədi 5200 metr yüksəklikdə, alpinistlərin "Huaskara"nın sıldırım zirvələrini fəth edərkən dayandıqları düşərgələrdən təxminən 9 saatlıq məsafədə aşkarlanıb.

Axtarışlar zamanı Bildən başqa onun iki dostunun da meyiti tapılıb.