“TikTok” sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev azadlığa çıxıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, o, bu günlərdə cəzasının sonunua başa vuraraq azadlığa buraxılıb.
Qeyd edək ki, aprelin 15-də Sadiq Mirzəyev 30 gün müddətinə həbs edilmişdi.
Xatırladaq ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib. Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.
Sadiq Mirzəyev azyaşlı oğlu Adəmlə birlikdə "Tik-tok" sosial şəbəkəsində canlı yayıma çıxır, azyaşlının hərəkətlərinə uyğun olmayan videolar nümayiş etdirirdi.
Bundan əvvəl isə Sadiq Mirzəyev fevralın 15-də inzibati məsuliyyətə cəlb edilmişdi.