
İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 70 min nəfər əhalisi olan Paqar Alam şəhərindən 83 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 61 km dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə məlumat verilməyib.