Zərdab Rayon Polis Şöbəsinə Qarasu çayının sahilindən silah-sursat tapılması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd tapança, 34 patron və daraq aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.