Sabirabad rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Moranlı kənd sakin R.Ocaqverdiyev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə rayonunun Zalqaraağac kəndi ərazisində hərəkətdə olan zaman kənd sakini, 1958-ci il təvəllüdlü P.Ağamalıyevi vurub.

Sonuncu aldığı xəsarətdən hadisə yerində vəfat edib.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırmalar aparılır.