Bakıda yanğın olub, ölən var.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bilidirilib.

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 48 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.