Ağcabədi rayonunun Poladlı kəndində ümumi sahəsi 490 m² olan fermanın (hazırda fəaliyyət göstərmir) dam örtüyünün taxta atmaları 110 m² sahədə yanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.