Qar yağması və buzlaşma səbəbindən Respublika yollarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq, qar yağması və buzlaşma səbəbindən Respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, təssüflər olsun ki, qeydə alınan qəzalarda 3 nəfər də həyatını itirib.
Bir daha bütün sürücülərdən xahiş edirik ki, mövcud hava və yol şəraitini düzgün qiymətləndirsinlər. Nasaz nəqliyyat vasitələri ilə ( xüsusən əyləc sistemi və şinlərə nəzarət edilsin) yola çıxmasınlar.
Yollarda sürət həddini minimuma endirsinlər və zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər.
***
09.46
Bakıda yanvarın 9-da 35, yanvarın 10-da isə 15 yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
O bildirib ki, qeyd edilən 50 hadisənin heç birində ölüm faktı qeydə alınmayıb, onların hamısı maddi ziyanla yekunlaşıb.
Qeyd edək ki, dünəndən Bakıda qarlı hava şəraiti müşahidə olunur.