Qusar rayonunun Gican kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli tikilinin (ofis kimi istifadə olunur) tavanı 60 m² sahədə yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.