Bakının Sabunçu rayonunda iki piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında ölüb.

Bakı şəhər sakini, 1996-ci il təvəllüdlü Kənan Allahverdili idarə etdiyi "Kia-Rio" markalı avtomobillə hərəkətdə olan zaman piyadalar - 1998-ci il təvəllüdlü Afət Dadaşova və 1969-cü il təvəllüdlü Zemfira Hacıyevanı vurub.

Nəticədə Zemfira Hacıyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb.