Yevlax-Bərdə yolunda avtomobil qəzası baş verib.

Yolun Yevlax ərazisindən keçən hissəsində, ilkin məlumatlara görə, 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.