Azərbaycanda qazanxanalara qazın verilişi bərpa olunur.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, Azərbaycan hökumətinin müvafiq göstərişinə əsasən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında yaranmış borc məsələsi həllini tapıb.

Bununla əlaqədar “Azəriqaz” İB tərəfindən bu günün sonuna qədər “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanalarına qazın buraxılışı haqqında tapşırıq verilib.