BAKI, 31 dekabr. TELEQRAF
ABŞ-nin NATO-dakı xüsusi nümayəndəsi Rusiya tərəfinin Ukraynanın Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum etdiyi barədə iddialarını şübhə altına alıb.
Teleqraf xəbər verir ki, ABŞ rəsmisi "Reuters"ə açıqlamasında Moskvanın yaydığı məlumatların müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyini bildirib.
Onun sözlərinə görə, hazırda təqdim edilən məlumatlar hücumun Ukrayna tərəfindən həyata keçirildiyini qəti şəkildə sübut etmir. NATO nümayəndəsi qeyd edib ki, belə iddialar diqqətlə araşdırılmalı və faktlara əsaslanmalıdır.
ABŞ tərəfi vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi fonunda informasiya müharibəsi də davam edir və bu cür açıqlamalara ehtiyatla yanaşmaq lazımdır.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiya prezidentinin iqamətgahını hədəf aldığını iddia etmişdi. Kiyev isə bu ittihamları rədd edib.