
BAKI, 21 aprel. TELEQRAF
Litvanın paytaxtı Vilnüsdə Azərbaycan səfirliyinə aid avtomobil qəzaya uğrayıb.
Səfirlikdən Teleqraf-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qəzanın səbəbləri ilə bağlı hazırda müvafiq təhqiqat aparıldığı və nəticələri barədə məlumat təqdim ediləcəyi bildirilib.