Rusiya Prezidenti Vladimir Putinin Azərbaycandan sonra Ermənistana da səfər edib-etməyəcəyi İrəvandan asılıdır.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Viktor Saprika deyib.

“Ola bilsin, Rusiya prezidenti Ermənistana da dövlət səfərinə getsin. Əlbəttə, bu, ilk növbədə Ermənistanın hakimiyyətindən, yəni Nikol Paşinyandan asılıdır. Paşinyan isə Rusiyaya qarşı heç də həmişə dost mövqe nümayiş etdirmir. Amma görürük ki, Bakı təmsilçiləri Rusiya platformalarında iştirak edirlər, yəni Qərb platformalarında danışıqlarda iştirakçı deyillər. Amma nədənsə Ermənistan Cənubi Qafqazdakı problemli məsələləri məhz Qərb blokunun həll edəcəyini düşünür”, - politoloq bildirib.

Onun sözlərinə görə, Ermənistan Rusiya ilə ortaq dil tapması üçün xarici siyasətinə yenidən baxmalıdır və BRİKS kimi yeni geosiyasi layihələrə qatılsın:

“İndi top İrəvanın meydançasındadır, qərarı Nikol Paşinyan verməlidir.

Şübhəsiz ki, Vladimir Putinin Azərbaycana səfərində bu ölkənin BRİKS-ə qoşulmasını müzakirə edib. Bəllidir ki, bu, çox da sürətli proses deyil, amma buna baxmayaraq, strateji istiqamətlər üçün, yəni Avrasiya İqtisadi Birliyi kimi BRİKS də Rusiya üçün çox vacibdir”.