Rusiyada meymunçiçəyinə qarşı peyvəndin hazırlanması üzrə araşdırma başa çatıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq deyib.
Onun sözlərinə görə, tədqiqat işləri faktiki olaraq yekunlaşıb. O əlavə edib ki, hazırda mərkəz klinik sınaqlar üçün maliyyə vəsaiti gözləyir. Qintsburq vurğulayıb ki, preklinik sınaqların vaxtı hazırda məlum deyil, lakin onların müddəti altı aydan yeddi aya qədər olacaq.
Qunzburq qeyd edib ki, peyvənd xəstənin ətrafındakılara, həmçinin yoluxmada şübhəli bilinən xəstələrə veriləcək.